"QARABAĞ" SEVİNC BƏXŞ ETDİ.....

single-news
19 May 2005

"QARABAĞ" SEVİNC BƏXŞ ETDİ.....



"Qarabağ" Futbol Klubu bu gün "Gəncə" matçını keçirəcəyi Suraxanı qəsəbəsindəki T.İsmayıov adına stadionunda matçqabağı son məşqini keçirdi. Məşqdən sonra, "Qarabağ" rəhbərliyi futbolçularla birgə Şüvəlandakı 5 saylı uşaq evini ziyarət etdilər. Onlar buradakı uşaqlarla səmimi söhbət edib, onların problemlərini öyrənməyə çalışdılar. Klubun Vitse-Prezidenti istədikləri hər bir şeyin çox yaxın zamanda onlara alınacağına söz verdi.Bundan sonra "Qarabağ" futbolçuları gətirdiklərini uşaq evinə verdilər.Uşaqların gözlərindəki sevinc hər kəsi kövrəltdi. Uşaq evinin müdürü "Qarabağ" FK-na təşəkkürünü bildirərək, "Azərsun" Holdingin tez- tez onları ziyarət etdiyini, öz kömək əllərini uzatdıqlarını vurğuladı. Buna görə də, uşaqların adından göstərilən qayğıya görə dəfələrlə Holdingin Prezidenti Gözəl bəyə minnətdarlıq bildirildi. Bundan sonra, Taher bəyin təşəbbüsü ilə, uşaqlarla futbol da oynanıldı... ...Görüşün sonunda Uşaq Evinin rəhbərliyi belə təşəbbüs irəli sürdüyünə görə, bütün futbolçulara təşəkkürünü bildirdi. Belə ziyarətlərin davamlı olması arzulandı. "Qarabağ" rəhbərliyi isə, bundan sonra da, belə görüşlərin keçiriləcəyinə söz verdi...

Paylaş