“Qarabağ” “Sozopol Cup 2025”in qalibi oldu

single-news
16 İyn 2025

“Qarabağ” “Sozopol Cup 2025”in qalibi oldu



13 yaşadək futbolçulardan ibarət komandamız “Sozopol Cup 2025” turnirinin qalibi olub. “Qarabağ” Bolqarıstanda təşkil olunan yarışın bu gün keçirilən final matçında “Burqas”la qarşılaşıb.

 

Komandamız bu görüşdə qalib gəlib. 2 cavabsız qol vuran “Qarabağ”ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər. Həlledici görüşdə qələbə qazanan komandamız turnirin qalibi adına yiyələnib və kuboka sahib çıxıb.

 

Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan komandamız yarımfinalda “Levski”ni məğlub edib – 0:0, pen. 4:3.

Paylaş

// pop up