"QARABAĞ" TÜRK MƏŞQÇİYƏ ETİBAR EDİLƏCƏK (FUTBOL+QOL, 25.06.2005)

single-news
25 İyn 2005

"QARABAĞ" TÜRK MƏŞQÇİYƏ ETİBAR EDİLƏCƏK (FUTBOL+QOL, 25.06.2005)



Mövsüm başa çatdıqdan sonra baş məşqçi İqor Ponomaryov və müqaviləsi başa çatan futbolçularla yollarını ayıran "Qarabağ" hələ də növbəti mövsümün hazırlıqlarını start verməyib. Türkiyədən gələcək yeni baş məşqçinin yolunu gözlədiklərini bildirən klubun mətbuat katibi Asif Əsgərov yeni çalışdırıcının ölkəmizə gəlişindən sonra komandaya dəvət olunacaq futbolçuların adlarının məlum olacağını bildirdi. Növbəti mövsüm birinci dəstəyə də komanda çıxaracaqlarını bildirən klubun press-ataşesi bütün yaş qrupunda yeniyetmələrin hazırlandığını və uşaq futboluna türk mütəxəssis hamdi Serpil Tüzünün rəhbərlik edəcəyi vurğuladı.

Paylaş