`Qarabağ` Türkiyəyə yollandı

single-news
10 İyn 2010

`Qarabağ` Türkiyəyə yollandı



`Qarabağ` komandası artıq Türkiyəyə yola düşüb. Bu gün komandamız saat Bakı – Ankara marşrutuyla 10:00 reysiylə qardaş ölkəyə yollanıb. Komandamız yerli vaxtla 10:30 – da Türkiyənin paytaxtında varid olacaq. Hava limanından isə 60 kmlik məsafədə yerləşən Qızılcahamam bölgəsindəki eyniadlı oteldə məskunlaşacaq. Məlum olduğu kimi, komandamızdan daha öncə qardaş ölkəyə yollanan Əfran İsmayılov və Rəşad Sadiqov artıq oteldə komandanı gözləyir. Komandamızın yeni üzvü Samir Abbasova isə komandamızın çalışdırcısı Qurban Qurbanov 3 günlük istirahət verib. Samir İyunun 14-ündə Türkiyəyə yollanacaq.

Paylaş

// pop up