“Qarabağ” – “Turan Tovuz” matçının hakimləri müəyyənləşdi
29 Yan 2026
“Qarabağ” – “Turan Tovuz” matçının hakimləri müəyyənləşdi
Komandamızın növbəti oyununun hakimləri müəyyənləşib. Misli Premyer Liqasının XVIII turunun “Qarabağ” – “Turan Tovuz” görüşünü Elçin Məsiyev idarə edəcək.
Elşad Abdullayev və Pərvin Talıbov onun köməkçiləri, Elvin Bayramov dördüncü hakim olacaq. Rəşad Əhmədov VAR, Akif Əmirəli AVAR funksiyasını yerinə yetirəcək. Anar Salmanov hakim-inspektor, Elçin Mehtiyev AFFA nümayəndəsi olacaq.
Qeyd edək ki, fevralın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 18:30-da başlayacaq.
