“Qarabağ” UEFA reytinqində 69-cudur

single-news
13 May 2025

“Qarabağ” UEFA reytinqində 69-cudur



UEFA klubların reytinq siyahısını açıqlayıb. Azərbaycan klubları arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdur.

 

Komandamız Avropada 69-cu pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri “Atletik”, “Frayburq”, “Anderlext”, “Beşiktaş”, “Nyukasl”, “Brayton” kimi klubları qabaqlayır. Son 5 mövsümün nəticələrinə əsasən tərtib olunan siyahıda klubumuzun hesabında 32,000 xal var.

 

Qeyd edək ki, cədvəldə Avropanın 427 klubu yer alıb.

Paylaş

// pop up