“Qarabağ” və “Zirə” arasında yoldaşlıq görüşü keçiriləcək

single-news
18 İyn 2026

“Qarabağ” və “Zirə” arasında yoldaşlıq görüşü keçiriləcək



2026/2027 mövsümünə hazırlığı davam etdirən komandamız iyunun 20-də saat, 18:00-da “Zirə” ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Qarşılaşma “Azersun Arena”nın məşq meydançasında keçiriləcək. Yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.  

Qeyd edək ki, matçı işıqlandırmaq istəyən media nümayəndələrinin stadiona giriş zamanı 2025/2026 mövsümü üçün verilmiş Peşəkar Futbol Liqasının (PFL) akkreditasiya vəsiqəsini təqdim etmələri mütləqdir.

Paylaş

// pop up