“Qarabağ” yarımfinalda
15 İyn 2025
“Qarabağ” yarımfinalda
13 yaşadək futbolçulardan ibarət komandamız “Sozopol Cup 2025” turnirində yarımfinala yüksəlib. “Qarabağ” Bolqarıstanda təşkil olunan yarışın A qrupunda ikinci olub.
III turda “Etar”a 0:1 hesabı ilə uduzan komandamız növbəti oyunda “Lüdoqorets”lə heç-heçə edib – 1:1. Bu görüşdə Elcan Qəribli fərqlənib.
Qrup mərhələsinin son görüşündə rəqib “Botev” olub. Komandamız Emil Həsənzadənin qolu və rəqibin avtoqolu ilə 2:0 hesablı qələbə əldə edib. Beləliklə, qrupda 10 xal toplayan “Qarabağ” ikinci yerin sahibi kimi yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, komandamız turnirin ilk turunda da qələbəyə sevinib. İlk oyununu yerli “Septemvri”yə 1:0 hesabı ilə qalib gələn komandamız “Olimpiya”nı da məğlub edib - 5:1.
