“Qarabağ” yarımfinalda
“Qarabağ” yarımfinalda
“Qarabağ” – “Şamaxı” – 3:1
Emmanuel Addai, 6, 61, Leandro Andrade, 63 - Kərim Rossi, 31
İlk oyun – 1:2
Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçına çıxıb.
“Şamaxı” ilə görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Komandamız matça aşağıdakı start heyəti ilə başlayıb: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 18. Dani Bolt, 15. Leandro Andrade, 11. Emmanuel Addai, 24. Jeremi Qnali.
“Qarabağ” ev oyununa erkən qolla başlayıb. Emmanuel Addai qonaqların qapısına yol tapıb. Rəqib komanda fasiləyədək hesaba tarazlıq gətirib.
“Qarabağ” ikinci yarıda təzyiqi artırıb. Bu, hissənin ortalarında bəhrəsini verib. Öncə Emmanuel Addai dublunu rəsmiləşdirməklə iki oyunun ümumi nəticəsini bərabərləşdirib. İki dəqiqə sonra Leandro Andrade fərqlənib – 3:1.
Qeyd edək ki, “Qarabağ”ın yarımfinaldakı rəqibi sabah keçiriləcək “Qəbələ” – “Sabah” matçında müəyyənləşəcək. Bu mərhələnin ilk oyunları aprelin 2-də, cavab qarşılaşmaları 22-də baş tutacaq.
