"Qarabağ" yerlilərlə müqaviləni rəsmiləşdirdi ( EXPRESS, 27.07.2005)

single-news
27 İyl 2005

"Qarabağ" yerlilərlə müqaviləni rəsmiləşdirdi ( EXPRESS, 27.07.2005)



"Qarabağ" heyətini iki legionerlə gücləndirmək niyyətindədi. Qaxda təlim-məşq toplanışında olan komandanın düşərgəsində hazırda iki yeni legioner var. Baş məşqçi Elxan Abdullayev qarşıdakı günlərdə Xorvatiyadan gələn Blaжenko Bekovaçla Kolak DraжШendirin bacaığını yoxlamalıdı. Yerli oyunçular ilə müqavilələr isə yavaş-yavaş rəsmiləşir. Eltay Aslanov, Dmitri Spirin, Rəşad Muradov, Vasif Haqverdiyev, Dmitri Yeremeyev, Namiq Yusifov, Fəqan Şahbazov, Müşfiq Hüseynov və Tərlan Mahmudov yeni klubuyla müqaviləyə imza atıb. Qapıçı Vitali Kovolyovla müqavilə müddəti isə bir il də uzadılıb. Aslan Kərimovla Samir Musayevin məsələsi isə hələ də açıq qalır. Bu futbolçuların hazırda "Qarabağ"la müqaviləsi qüvvədə qalır. Amma Aslan "Karvan"ın, Samirsə "Turan"ın Türkiyə toplanışına qatılıb və bu klubların formasını geymək istəyirlər. Elə bu üzdən klublar arasında danışıqlar davam edir və oyunçuların hansı klublarda qərarlaşacağı qarşıdakı günlərdə bəlli olmalıdı. Hazırda "Qarabağ"ın hazırlıqlarında müqaviləsi olan legionerlərdən yalnız Denis Sokolovski iştirak edir. Əslində Andrey Kolinenkoyla Vladimir Boqaç da ölkəmizə gəlib. Amma onlar burada sürprizlə üzləşib və Qaxa aparılmayıb. Belə ki, ötən mövsümün sonunda "Xəzər-Lənkəran"a oyun satmaqda şübhəli bilinən cütlüyün pasportları əlindən alınıb və onların Bakını tərk etməsinə qadağa qoyulub.

Paylaş