"Qarabağ" Zağulbada yığışıb (FUTBOL+, 11.10.2005)

single-news
11 Okt 2005

"Qarabağ" Zağulbada yığışıb (FUTBOL+, 11.10.2005)



Son turda "Xəzər-Lənkəran" üzərində 2:1 hesabıyla vacib qələbə qazanan "Qarabağ" oyunçularını bir müddət istirahətə buraxdı. Ağdamlılar ayın 7-dən məşq prosesini bərpa edib. Fasilədən maksimum yararlanmaq fikrində olan "Qarabağ" Zağulbada məskunlaşaraq məşqlərini Buzovna qəsəbə stadionunda keçirir. Xatırladaq ki, baş məşqçi Elxan Abdullayev hazırda millinin düşərgəsində olduğundan komandanın məşqlərini köməkçisi Səttar Əliyev keçirir. Əsas yığmanın sıralarında olan Cahangir Həsənzadəylə Aslan Kərimov da məhz bu səbəbdən hazırlıqdan kənarda qalıb. Ağdam klubunun ukraynalı legionerləri Denis Sokolovski ilə Sergey Kravçenko icazə alaraq vətənlərinə üz tutur və onlar artıq bu gün düşərgədə olacağı gözlənilir.

Paylaş