“Qarabağ”da 200-cü oyun

single-news
6 Mar 2026

“Qarabağ”da 200-cü oyun



Komandamızın futbolçusu Leandro Andrade yubiley oyununu keçirib. O, “Qarabağ”da 200-cü matçına çıxıb. Portuqaliyalı yarımmüdafiəinin yubileyi Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Şamaxı” ilə cavab oyununa (3:1) təsadüf edib.

Leandro 200 qarşılaşmada 54 qola imza atıb. O, Premyer Liqada 126 (39 qol), ölkə kubokunda 18 (2 qol), avrokuboklarda 56 (13 qol) oyunda “Qarabağ” forması geyinib.

Qeyd edək ki, Andrade komandamızda 2021/22 mövsümündə debüt edib.

Paylaş

// pop up