"QARABAĞ"DA YENİ BAŞ MƏŞQÇİ TÜRKİYƏDƏN OLACAQ. O gələn həftə publikaya təqdim olunacaq (HET-TRİK, 17.06.2005)

single-news
17 İyn 2005

"QARABAĞ"DA YENİ BAŞ MƏŞQÇİ TÜRKİYƏDƏN OLACAQ. O gələn həftə publikaya təqdim olunacaq (HET-TRİK, 17.06.2005)



"Qarabağ"ım düşərgəsində müəmmalı sükut davam edir. Digər iddialı komandalar artıq indidən növbəti mövsümüm planlarınıcızmaqda olsa da, Ağdam təmsilçisi hələ gözləyir. Nə komandanın yeni baş məşqçisinin kimliyi dəqiqləşib, nə də müqavilə bağlanacaq və transferə çıxarılacaq oyunçuların siyahısı. Amma klubun icraçı direktoru Əmrah Çelikel tezliklə bu vəziyyətə son qoyulacağını deyir. Bizimlə söhbətdə Çəlikəl komandanın yeni baş məşqçisinin adının növbəti həftədə açıqlanacağını bildirdi: " Yeni həftənin ortasında məşqçinin kimliyini biləcəksiniz. İndi yalnız onu deyə bilərəm ki, o Türkiyədəndir. Məşqçinin gəlişindən sonra bizə lazım olacaq futbolçuların siyahısını müəyyənləşdirib, onlarla müqavilə bağlayacağıq. Transferə çıxarılacaq futbolçuların siyahısı da bundan sonra bilinəcək." Əmrah bəy "Azərsun Holding"in "Qarabağ"a sponsorluqdan intina etmək istəməsi haqda son söz-söhbətə də aydınlıq gətirdi. Şirkətin belə fikrinin olmadığı bildirən Çəlikəl, əəsinə "Azərsun Holding"in bu il komandaya ötən mövsümlə müqayisədə daha çox pul ayıracağını vurğuladı. Qeyd edək ki, son vaxtlar "Qarabağ"ın ölkənin iri maliyyə oliqarxlarından olan "Ata Holdig"ə satılacağı haqda xəbərlər yayılıb. Lakin göründüyü kimi, "Azərsun Holding" rəsmiləri bu xəbəri təkzib etdi. "Qarabağ" haqda yayılan digər xəbər isə komandanın yeni mövsümdə əsasən gənc futbolçulara güvənəcəyi haqda deyilənlərdir. Əmrah Çelikel bu deyilənləri qismən təstiqlədi: "Həqiqətən də komandada gəncləşdirmə siyasətini əsas götürmüşük. Amma bu o demək deyil ki, "Qarabağ" bu mövsüm çempionluğa oynamayacaq. Komandamızın əsas məqsədi yenə qızıl medalları ölkə kubokunu qazanmaq olacaq.Növbəti mövsümdə birinci dəstəyə də komanda buraxmaq istıyirik. Bildiyiniz kimi, bizim uşaq komandamız fəalliyyət göstərir. Orada seçilən yeniyetmələrdən "Qarabağ - 2" adlı bir komanda formalaşdıracağıq və onlar aşağı divizionda oynayıb oynayıb təcrübə toplayacaqlar."

Paylaş