“Qarabağ”dan 11-ci çempionluq

single-news
29 Mar 2024

“Qarabağ”dan 11-ci çempionluq



“Qarabağ” 11-ci dəfə Azərbaycan çempionu olub. Komandamız Misli Premyer Liqasının 2023/24 mövsümünün qalibi adını qazanıb.

 

Bu, XXVIII turda rəsmiləşib. Səfərdə “Kəpəz”ə 6:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri xal hesabını 69-a çatdırıb. Bununla da komandamız mövsümün sonuna 8 tur qalmış ölkə çempionu olub.

 

“Qarabağ” Azərbaycan çempionatları tarixinin ən erkən çempionu adına sahib çıxıb.

 

Komandamız ardıcıl 3-cü, ümumilikdə 11-ci dəfə bu titula yiyələnib. İlk uğuruna 1993-cü ildə imza atan “Qarabağ” 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23 və 2023/24 mövsümlərində də qızıl medallara yiyələnib. 

 

Komandamız 10-cu dəfə Qurbanovun rəhbərliyi altında çempion olub. 2008-ci ilin yayından “Qarabağ”ın baş məşqçisi olan mütəxəssis son 11 ildəki 10 qızıl medala yiyələnib.
 

Paylaş