“Qarabağ”dan 5 cavabsız qol

single-news
4 May 2024

“Qarabağ”dan 5 cavabsız qol



“Qarabağ” – “Neftçi” – 5:0

4 may 2024. Saat 19:30. “Azersun Arena”, 2800 tamaşaçı

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Kamran Bayramov

Dördüncü hakim: Fərid Hacıyev

VAR: Cavid Cəlilov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Sarı vərəqələr: Marko Yankoviç, 40 (hakimin qərarına etiraz); Julio Romao, 45+3 (qeyri-idman hərəkəti) // Brayan Moreno, 34 (qeyri-idman hərəkəti); Dieqo Valdez, 62 (qeyri-idman hərəkəti); Azər Salahlı, 89 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Yuri Matias, 78 (hakimi təhqir etdiyi üçün)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Miodraq Bojoviç, 34 (hakimin qərarına etiraz)

Qollar: Nəriman Axundzadə, 13, 77; Toral Bayramov, 41; Leandro Andrade, 65; Abdullah Zubir, 85

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə yoxdur.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXXIII turunda meydana çıxıb.

 

Qurban Qurbanovun yetirmələri “Neftçi” ilə görüşüblər. Matç “Azersun Arena”da baş tutub.

 

Oyun “Qarabağ”ın üstünlüyü ilə keçib. Matçın əvvəlindən təşəbbüsə yiyələnən komandamız Nəriman Axundzadənin erkən qolu ilə hesabı açıb. Fasilə ərəfəsində Toral Bayramov fərqi artırıb.

 

İkinci yarı da “Qarabağ”ın hücumları ilə keçib. Öncə Leandro Andrade qonaqların qapısına yol tapıb. Görüşün sonlarına yaxın isə Nəriman dublunu rəsmiləşdirib – 4:0. Hakimin final fitinə 5 dəqiqə qalmış isə Abdullah Zubir fərqi beş topa çatdırıb.

 

Beləliklə, “Qarabağ” ev matçında 5:0 hesablı qələbə qazanıb. Bununla da komandamız xal hesabını 76-ya çatdırıb.

 

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu mayın 11-də səfərdə “Zirə”yə qarşı keçirəcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matç saat 19:30-da başlayacaq.

 

“Qarabağ”

99. Andrey Lunyov

55. Bədavi Hüseynov (k)

44. Elvin Cəfərquliyev

27. Toral Bayramov

(11. Adama Diakabi, 80)

90. Nəriman Axundzadə

(18. Olavio Juninyo, 80)

29. Marko Veşoviç

(13. Bəhlul Mustafazadə, 75)

10. Abdullah Zubir

8. Marko Yankoviç

2. Mateus Silva

6. Julio Romao

(24. Aleksey İsayev, 75)

15. Leandro Andrade

(7. Yassin Benzia, 75)

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

89. Amin Ramazanov

5. Maksim Medvedev

30. Abbas Hüseynov

66. Patrik Andrade

17. Hamidu Keyta

19. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Neftçi”

93. Rza Cəfərov

10. Filip Ozobiç

(23. Ataa Caber, 76)

3. Höccət Haqverdi

17. Rəhman Hacıyev (k)

19. Azər Salahlı

6. Dieqo Valdez

(2. Qara Qarayev, 76)

99. Ervin Koffi

44. Yuri Matias

9. Andre Şinyaşiki

(91. Ağadadaş Salyanskiy, 71)

11. Kilan Lebon

(22. Reziuan Mirzov, 46)

88. Brayan Moreno

(77. Yeqor Boqomolski, 46)

 

Ehtiyat oyunçular:

 

1. İvan Brkiç

95. Rəvan Kazımov

14. Eddi İsrafilov

7. Azər Əliyev

82. Rüfət Abbasov

16. Lukas Melano

4. Mark Tamaş

 

Baş məşqçi: Miodraq Bojoviç

Paylaş