“Qarabağ”dan 6 cavabsız qol

single-news
18 Mar 2024

“Qarabağ”dan 6 cavabsız qol



“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirində mübarizəyə başlayıb. Asif Əlizadənin baş məşqçisi olduğu komandamız ilk matçını keçirib. 
C qrupunda yer alan “Qarabağ” Rusiyanın “Lavina” komandası ilə görüşüb. Futbolçularımız rəqib qapısından 6 cavabsız top keçiriblər – 6:0.
“Qarabağ” qrupdakı digər iki matçını sabah keçirəcək. Komandamız Rusiyanın “Rotor” və Belarusun BATE klubları ilə qarşılaşacaq. 
Qeyd edək ki, turnirdə 16 komanda 4 qrupda mübarizə aparır. Qrupda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanaraq 1-8-ci, son iki yeri tutanlar isə 9-16-cı yerlər uğrunda mübarizə aparacaqlar

Paylaş