“Qarabağ”dan 6 qol

single-news
29 Mar 2024

“Qarabağ”dan 6 qol



“Kəpəz” – “Qarabağ” – 1:6

29 mart 2024. Saat 19:00. Tofiq Bəhramov adına Respublika Stadionu, 930 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov

Dördüncü hakim: Vüqar Həsənli

VAR: Rauf Allahverdiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Sarı vərəqələr: Şakir Seyidov, 43 (qeyri-idman hərəkəti) // Aleksey Isayev, 44 (qeyri-idman hərəkəti); Toral Bayramov, 86 (qeyri-idman hərəkəti)

Qollar: Latir Fal, 90 // Julio Romao, 21; Olavio Juninyo, 52, 56; Abbas Hüseynov, 64; Elvin Cəfərquliyev, 69; Redon Cica, 88

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə yoxdur.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXVIII turunun matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri IV dövrəyə səfərdə başlayıb. “Qarabağ” “Kəpəz”in qonağı olub.

 

Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Matç “Qarabağ”ın aşkar üstünlüyü ilə keçib.

 

Komandamız meydan sahiblərinin müqavimətini ilk yarının ortalarında qırıb. Julio Romao mövsümdə ilk qoluna imza atıb.

 

İkinci hissə daha məhsuldar alınıb. Çempionatın bombardiri Olavio Juninyo hissənin əvvəlində ardıcıl iki qol vurub.

 

Abbas Hüseynov fərqi dörd topa çatdırıb. Elvin Cəfərquliyev isə komandamızın 5-ci qolunun müəllifi olub. Qarşılaşmanın sonlarında isə Redon Cica rəqib qapısına yol tapıb. “Kəpəz” bu toplardan birinin əvəzini çıxa bilib. Beləliklə, “Qarabağ” səfər matçında 6:1 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, komandamız növbəti oyununu aprelin 2-də keçirəcək. “Qarabağ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə ilk görüşündə qüvvəsini sınayacaq.

 

“Kəpəz”

96. İqor Rodriqes

29. Amil Yunanov

7. Ehtiram Şahverdiyev

14. Elçin Əlicanov

4. Vüsal Məsimov

(6. Nemət Musayev, 83)

8. Elmir Tağıyev

(99. Əli Səmədov, 76)

88. Şakir Seyidov

(91. Latir Fal, 60)

9. Mate Kvirkviya

78. Yeqor Xvalko (k)

24. Olavale Onanuqa

(20. Mahir Həsənov, 83)

21. Martins Junior

(15. Cavad Kərimov, 76)

 

Ehtiyat oyunçular:

 

12. Kamran İbrahimov

18. Elgün Bayramov

3. Vurğun Hüseynov

10. Tural Rzayev

47. Ədilxan Qarəhmədov

33. Camal Cəfərov

22. Rüfət Əhmədov

 

Baş məşqçi: Adil Şükürov

 

“Qarabağ”

99. Andrey Lunyov

30. Abbas Hüseynov

24. Aleksey İsayev

(8. Marko Yankoviç, 77)

27. Toral Bayramov

90. Nəriman Axundzadə

(44. Elvin Cəfərquliyev, 65)

10. Abdullah Zubir (k)

(17. Hamidu Keyta, 65)

81. Kevin Medina

(13. Bəhlul Mustafazadə, 77)

18. Olavio Juninyo

(19. Redon Cica, 83)

2. Mateus Silva

6. Julio Romao

15. Leandro Andrade

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

89. Amin Ramazanov

20. Riçard Almeyda

5. Maksim Medvedev

29. Marko Veşoviç

11. Adama Diakabi

 

Baş məşqçi: Qurban Qurbanov

 

Paylaş