“Qarabağ”dan 7 qələbə

single-news
20 Noy 2023

“Qarabağ”dan 7 qələbə



“Qarabağ”ın aşağı yaş qrupları üzrə komandaları növbəti oyunlarını keçiriblər. Baş tutan 10 matçdan yeddisində qələbə qazanan təmsilçilərimiz üç görüşdən heç-heçə ilə ayrılıblar. Qələbələrdən beşi böyük hesabla olub.

U-19 “Sumqayıt”a, U-15 “Asta”ya, U-12 “Zəngəzur”a, U-9 “Sabah”a, U-8 “Qubadlı”ya böyük hesabla qalib gəlib. U-13 və U-11 “Sabah”ın müvafiq yaş qrupları üzrə komandaları ilə görüşlərdə minimal fərqlə qələbə qazanıb.

U-17, U-14 və U-10 turu heç-heçə ilə başa vurublar. Komandalarımızın üçü də “Sabah”la qarşılaşıb. U-16-nın bu turdakı oyunu baş tutmayıb.

U-19. XIII tur. Sumqayıt – Qarabağ – 0:3
U-17. XIII tur. Qarabağ – Sabah – 1:1
U-15. XI tur. Asta – Qarabağ – 2:9
U-14. VIII tur. Sabah – Qarabağ – 1:1
U-13. VIII tur. Sabah – Qarabağ – 1:2
U-12. VIII tur. Qarabağ – Zəngəzur – 3:0
U-11. VIII tur. Sabah – Qarabağ – 1:2
U-10. VIII tur. Qarabağ – Sabah – 0:0
U-9. IV tur. Qarabağ – Sabah – 6:1
U-8. III tur. Qarabağ – Qubadlı – 16:5

Paylaş