“Qarabağ”dan 77 qol

single-news
30 Okt 2023

“Qarabağ”dan 77 qol



“Qarabağ” akademiyasının komandaları liqalarda növbəti oyunlarını keçiriblər. Təmsilçilərimiz 10 yaş qrupu üzrə turnirlərdə 8 qələbə qazanıb, 1 heç-heçə və yalnız bir matçdan xalsız ayrılıblar. U-16 komandamız isə bu turu buraxıb.

 

U-8 “Troe”ni 17, U-10 “Asta”nı 14, U-9 “Azart”ı 7, U-13 “Xəzər Bakı”nı 6 cavabsız qolla üstələyib. Daha üç matçda böyük hesab qeydə alınıb. “Ulduz”la görüşən U-15 14:1, “Xəzər Bakı”nı sınağa çəkən U-11 12:1, “Ərgünəş”lə qarşılaşan U-14 5:1 hesablı qələbə əldə edib. U-17 isə EFA-nı iki cavabsız qolla yenib. “Lamasya Baku” ilə qolsuz heç-heçə edən U-12 xal itkisi ilə üzləşib. U-19 komandamız İCBFA ilə görüşdən xalsız ayrılıb – 0:1.

 

Qeyd edək ki, təmsilçilərimiz ümumilikdə 77 qol vurub, 4-nü buraxıblar.

 

Gənclər Liqası. X tur. İCBFA - Qarabağ – 1:0

U-17 Liqası. X tur. Qarabağ – EFA - 2:0

U-15 Liqası. VIII tur. Ulduz (Mingəçevir) - Qarabağ – 1:14

U-14 Liqası. V tur. Qarabağ – Ərgünəş - 5:1

U-13 Liqası. V tur. Qarabağ – Xəzər Bakı - 6:0

U-12 Liqası. V tur. Qarabağ – Lamasya Baku - 0:0

U-11 Liqası. V tur. Qarabağ – Xəzər Bakı – 12:1

U-10 Liqası. V tur. Qarabağ – Asta – 14:0

U-9 Liqası. II tur. Qarabağ – Azart – 7:0

U-8 Liqası. I tur. Qarabağ – Troe – 17:0

Paylaş