“Qarabağ”dan böyükhesablı qələbə

single-news
3 Mar 2024

“Qarabağ”dan böyükhesablı qələbə



“Neftçi” – “Qarabağ” – 1:4

3 mart 2024. Saat 19:00. “Neftçi Arena”, 6500 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Nicat İsmayıllı

VAR: Cavid Cəlilov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Elgiz Abbasov

Sarı vərəqələr: Azər Salahlı, 33 (qeyri-idman hərəkəti); Filip Ozobiç, 36 (hakimin qərarına etiraz); Rza Cəfərov, 58 (qeyri-idman hərəkəti); Yuri Matias, 88 (hakimin qərarına etiraz) // Marko Yankoviç, 5 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Saşa Petroviç (“Neftçi”), 66 (hakimin qərarına etiraz)

Qollar: Filip Ozobiç, 71 (p.) // Nəriman Axundzadə, 47; Toral Bayramov, 60 (p.), 90+3; Leandro Andrade, 90+7

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 8 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXV turunun matçına çıxıb. Qurban Qurbanovun yetirmələri səfərdə “Neftçi” ilə görüşüb.

 

Oyunun ilk 45 dəqiqəsi qarşılıqlı hücumlarla başlayıb. Daha fəal olan “Qarabağ” ərazi üstünlüyünü ələ almağı bacarıb. Nəriman Axundzadə matçın əvvəlində fərqlənmək imkanı qazansa da, əlverişli epizoddan yararlanmayıb. Hissənin ilk yarısında Abdullah Zubir üç dəfə qapını nişan alıb. Lakin yarımmüdafiəçimiz hesabı aça bilməyib.

 

Meydan sahiblərinin hücumlarının önünü inamla kəsən futbolçularımız rəqib qapısına kifayət qədər zərbə endirməyə imkan tapıb. Marko Yankoviç və Marko Veşoviç qola yaxın olublar. Fasilə ərəfəsində Yasin Benzianın cərimə zərbəsini rəqib qapıçı qaytarıb. Son saniyələrdə isə Nəriman Axundzadənin başla toxunuşundan sonra top çərçivəyə düşməyib.

 

İkinci hissə qolla başlayıb. Nəriman Axundzadə cərimə meydanı daxilində rəqibdən sıçrayan topu başla qapıya göndərib – 1:0.

 

Ardınca da hücumlarını davam etdirən komandamız penalti imkanı qazanıb. Abdullah Zubirə qarşı qayda pozuntusu üçün təyin olunan zərbəni Toral Bayramov dəqiq yerinə yetirib – 2:0.

 

“Qarabağ” fərqi artırmağa da yaxın olub. Cərimə meydanındakı qarışıqlıqda futbolçularımız ardıcıl zərbələr endiriblər. Bunlardan birində top tirdən dönüb.

 

Hissənin ikinci yarısında bakılılar fərqi minimuma endirsə də, komandamız üstünlüyü əldən verməyib. Hətta Yassin Benzianın qüvvətli zərbəsi ilə rəqibə həyəcan da yaşadıb.

 

Uzatma dəqiqələrində isə komandamız sürətli əks-hücumlardan sonra daha iki qol vurub. Toral Bayramov ikinci qolunu vurmaqla dublunu rəsmiləşdirib. Ardınca isə Leandro Andrade meydan sahiblərinin qapısına yol tapıb – 4:1.

 

Beləliklə, “Qarabağ” Azərbaycan derbisində 4:1 hesablı səfər qələbəsi qazanıb.

 

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu martın 7-də Avropa Liqasında keçirəcək. “Bayer”lə 1/8 finalın Bakıda keçiriləcək ilk matçı saat 21:45-də başlayacaq.

 

“Neftçi”

93. Rza Cəfərov

10. Filip Ozobiç

8. Emin Mahmudov (k)

(14. Eddi İsrafilov, 51)

2. Qara Qarayev

(6. Dieqo Valdez, 84)

19. Azər Salahlı

4. Mark Tamaş

99. Ervin Koffi

44. Yuri Matias

11. Kilan Lebon

(22. Reziuan Mirzov, 84)

88. Brayan Moreno

(20. Alfa Konte, 77)

77. Yeqor Boqomolski

 

Ehtiyat oyunçular:

 

1. İvan Brkiç

30. Aqil Məmmədov

3. Höccət Haqverdi

17. Rəhman Hacıyev

26. Ömər Buludov

16. Lukas Melano

9. Andre Şinyaşiki

 

Baş məşqçi: Miodraq Bojoviç

 

“Qarabağ”

99. Andrey Lunyov

55. Bədavi Hüseynov (k)

13. Bəhlul Mustafazadə

27. Toral Bayramov

90. Nəriman Axundzadə

(18. Olavio Juninyo, 72)

29. Marko Veşoviç

10. Abdullah Zubir

(11. Adama Diakabi, 88)

66. Patrik Andrade

(6. Julio Romao, 84)

7. Yassin Benzia

(2. Mateus Silva, 84)

8. Marko Yankoviç

(24. Aleksey İsayev, 72)

15. Leandro Andrade

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

89. Amin Ramazanov

20. Riçard Almeyda

5. Maksim Medvedev

30. Abbas Hüseynov

44. Elvin Cəfərquliyev

19. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

Paylaş