“Qarabağ”dan böyükhesablı qələbə

single-news
2 Apr 2024

“Qarabağ”dan böyükhesablı qələbə



“Neftçi” - “Qarabağ” – 0:4

Azərbaycan Kuboku, 1/2 final mərhələsi ilk oyun

2 aprel 2024. Saat 20:00. “Neftçi Arena”. 5750 tamaşaçı

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Cəmil Quliyev

Dördüncü hakim: Rəşad Əhmədov

VAR: Elçin Məsiyev

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Gülağa Cabarov

AFFA nümayəndəsi: Emin Cəfərov

Sarı vərəqələr: Yuri Matias, 13 (hakimin qərarına etiraz); Dieqo Valdez, 31 (qeyri-idman hərəkəti); Emin Mahmudov, 64 (qeyri-idman hərəkəti); Eddi İsrafilov, 65 (qeyri-idman hərəkəti) // Julio Romao, 15 (qeyri-idman hərəkəti); Yassin Benzia, 65 (qeyri-idman hərəkəti)

Qollar: Toral Bayramov, 14 (p.), 29; Marko Yankoviç, 38; Nəriman Axundzadə, 86

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Azərbaycan kubokunun yarımfinal mərhələsində ilk matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri “Neftçi” ilə görüşüb. Komandamız səfər qarşılaşmasına “Neftçi Arena”da çıxıb.

 

Oyun “Qarabağ”ın üstünlüyü ilə keçib. Komandamız həm matçın, həm də böyük ölçüdə cütün taleyini ilk 45 dəqiqədə həll edib.

 

Toral Bayramovun penaltidən vurduğu erkən qol komandamızı önə çıxarıb. O, az keçmədən ikinci dəfə fərqlənməklə dublunu rəsmiləşdirib.

 

Görüşdə üçüncü qolu Marko Yankoviç vurub. Fasiləyə üç top üstünlüyü ilə yollanan “Qarabağ” ikinci 45 dəqiqədə də təşəbbüsü əldən verməyib.

 

Lakin komandamız fərqi yalnız matçın sonlarında artıra bilib. Nəriman Axundzadə 4-cü qolun müəllifi olub – 4:0.

 

Qeyd edək ki, yarımfinalın cavab oyunu aprelin 24-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – “Neftçi” matçı saat 20:00-da başlayacaq.

 

“Neftçi”

93. Rza Cəfərov

10. Filip Ozobiç

(8. Emin Mahmudov, 60)

14. Eddi İsrafilov (k)

(2. Qara Qarayev, 87)

3. Höccət Haqverdi

19. Azər Salahlı

6. Dieqo Valdez

99. Ervin Koffi

44. Yuri Matias

11. Kilan Lebon

(22. Reziuan Mirzov, 87)

88. Brayan Moreno

(17. Rəhman Hacıyev, 60)

77. Yeqor Boqomolski

(20. Alfa Konte, 74)

 

Ehtiyat oyunçular:

 

1. İvan Brkiç

95. Rəvan Kazımov

7. Azər Əliyev

91. Ağadadaş Salyanskiy

16. Lukas Melano

9. Andre Şinyaşiki

 

Baş məşqçi: Miodraq Bojoviç

 

“Qarabağ”

99. Andrey Lunyov

55. Bədavi Hüseynov (k)

13. Bəhlul Mustafazadə

44. Elvin Cəfərquliyev

27. Toral Bayramov

(90. Nəriman Axundzadə, 85)

29. Marko Veşoviç

10. Abdullah Zubir

(17. Hamidu Keyta, 85)

7. Yassin Benzia

(15. Leandro Andrade, 76)

8. Marko Yankoviç

(66. Patrik Andrade, 76)

18. Olavio Juninyo

6. Julio Romao

(24. Aleksey İsayev, 87)

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

5. Maksim Medvedev

30. Abbas Hüseynov

81. Kevin Medina

11. Adama Diakabi

2. Mateus Silva

19. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

Paylaş