“Qarabağ”dan ev qələbəsi

single-news
4 Okt 2025

“Qarabağ”dan ev qələbəsi



“Qarabağ” – “Kəpəz” – 1:0

Sami Mmae, 37

 

Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasının VII turunda “Kəpəz”lə görüşüb.

 

Matç turun ikinci günündə baş tutub. Qarşılaşma “Azersun Arena”da təşkil olunub.

 

Oyun komandamızın üstünlüyü ilə keçib. Görüşün taleyini bir qol həll edib.

 

İlk yarının sonlarında Sami Mmae qonaqların qapısına yol tapıb. Bu top “Qarabağ”a üç xal qazandırıb.

 

Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 17-də səfərdə “Turan Tovuz”a qarşı keçirəcək. “Azersun Arena”dakı qarşılaşma saat 19:00-da başlayacaq.

Paylaş

// pop up