“Qarabağ”dan əzmkar qələbə

single-news
17 Mar 2024

“Qarabağ”dan əzmkar qələbə



“Turan Tovuz” – “Qarabağ” – 1:3

17 mart 2024. Saat 16:00. Tovuz şəhər stadionu, 6000 tamaşaçı

Baş hakim: Tural Qurbanov

Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami

Dördüncü hakim: Əli Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Rəvan Həmzəzadə

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Elçin Məmmədov

Sarı vərəqə: Fərid Yusifli, 13 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 38 (qeyri-idman hərəkəti) // Patrik Andrade, 15 (qeyri-idman hərəkəti); Luka Quqeşaşvili, 64 (hakimin qərarına etiraz)

Qollar: Oto Con, 9 (p.) // Nəriman Axundzadə, 56; Patrik Andrade, 73; Toral Bayramov, 90+5 (p.)

Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 5 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız XXVII turun son oyun günündə “Turan Tovuz”la qarşılaşıb.

 

Qurban Qurbanovun yetirmələri III dövrədəki son görüşünü Tovuz şəhər stadionunda keçirib. Matç “Qarabağ”ın milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində son sınağı olub.

 

Görüş qarşılıqlı hücumlarla başlayıb. Belə hücumların birində penalti imkanı qazanan meydan sahibləri erkən qolla hesabı açıblar. Ardıcıl hücumlar qurmağa çalışan komandamız rəqibin müqavimətini yarmaqda çətinlik çəkib. Matçın ilk 45 dəqiqəsi qol epizodları baxımından da zəngin alınmayıb.

 

“Qarabağ” ikinci yarıya daha fəal başlayıb. Toral Bayramovun qüvvətli zərbəsini qapıçı dəf edib. Ardıcıl hücumlar bəhrəsini verib. Toral Bayramovun başladığı hücum Riçard Almeydanın dəqiq ötürməsi ilə nəticələnib ki, Nəriman Axundzadə hesaba tarazlıq gətirib – 1:1.

 

Qurban Qurbanov ikinci hissənin gedişində komandamızın liderlərinə də şans verib. Aparıcı oyunçuların meydana daxil olması ilə rəqib qapısına təzyiq artıb. Təhlükəli vəziyyətlər bir-birini əvəz edib. Patrik Andradenin qüvvətli zərbələri yaddaqalan olub. O, Leandro Andradedən ötürmə aldığı ikinci cəhdindən qarşısıalınmaz zərbə ilə komandamızı hesabda önə çıxarıb – 2:1.

 

Abdullah Zubir və Olavio Juninyonun ön xətdəki fəallığı rəqib müdafiəsini gərginlikdə saxlayıb. Lakin komandamız fərqi yalnız uzatma dəqiqələrində artırıb. Olavio Juninyoya qarşı qayda pozuntusuna görə təyin olunan penaltini Toral Bayramov dəqiq yerinə yetirib. Beləliklə, “Qarabağ” Tovuz səfərindən 3:1 hesablı əzmkar qələbə ilə ayrılıb.

 

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu martın 29-da “Kəpəz”ə qarşı keçirəcək. Misli Premyer Liqasının XXVIII turunun səfər matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

 “Turan Tovuz”

13. Aydın Bayramov

5. Roderik Miller

4. Şəhriyar Əliyev (k)

14. Slavik Alxasov

(3. Tərlan Quliyev, 84)

23. Alexandro Serrano

15. Emmanuel Hakman

10. Xəyal Nəcəfov

80. Otto Con

88. Faiq Hacıyev

(2. İsmayıl Zülfüqarlı, 76)

21. Aleks Souza

(9. Belajdi Pusi, 65)

8. Fərid Yusifli

(77. Fərid Nəbiyev, 76)

 

Ehtiyat oyunçular:

 

1. Tərlan Əhmədli

85. Kamal Bayramov

39. Sadiq Quliyev

11. Ayxan Quseynov

33. Eltun Turabov

 

Baş məşqçi: Ayxan Abbasov

 

“Qarabağ”

23. Luka Quqeşaşvili

20. Riçard Almeyda

(18. Olavio Juninyo, 69)

5. Maksim Medvedev (k)

(13. Bəhlul Mustafazadə, 79)

66. Patrik Andrade

(6. Julio Romao, 79)

17. Hamidu Keyta

(10. Abdullah Zubir, 69)

30. Abbas Hüseynov

24. Aleksey İsayev

11. Adama Diakabi

(15. Leandro Andrade, 69)

2. Mateus Silva

27. Toral Bayramov

90. Nəriman Axundzadə

 

Ehtiyat oyunçular:

 

89. Amin Ramazanov

55. Bədavi Hüseynov

29. Marko Veşoviç

7. Yassin Benzia

8. Marko Yankoviç

19. Redon Cica

44. Elvin Cəfərquliyev

 

Baş məşqçi: Qurban Qurbanov

Paylaş