“Qarabağ”dan iki cavabsız qol

single-news
26 Sen 2025

“Qarabağ”dan iki cavabsız qol



“Qarabağ” – “Qəbələ” – 2:0

Abdullah Zubir, 16, Musa Qurbanlı, 90+3

 

Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasının VI turunda “Qəbələ” ilə görüşüb.

 

Qarşılaşma turun ilk günündə baş tutub. “Azersun Arena”dakı görüşün əvvəlində Mateus Silvaya qarşı kobudluqdan komandamız say üstünlüyü qazanıb. Təşəbbüsü də ələ alan “Qarabağ” 16-cı dəqiqədə hesabı açıb. Abdullah Zubir qonaqların qapısına yol tapıb.

 

Bu qoldan sonra da hücumlarını davam etdirən komandamız çoxsaylı təhlükəli epizodlar yaradıb. Lakin futbolçularımız yalnız uzatma dəqiqələrində fərqi artıra biliblər. Oyuna sonradan daxil olan Musa Qurbanlı qol sevinci yaşayıb.

 

Beləliklə, “Qarabağ” “Qəbələ” üzərində 2:0 hesablı ev qələbəsi qazanıb. Bununla da 5 oyunda 10 xal toplayan komandamız turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

 

Qeyd edək ki, “Qarabağ” növbəti görüşünü oktyabrın 1-də Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində “Kopenhagen”ə qarşı keçirəcək.

Paylaş

// pop up