“Qarabağ”dan iki cavabsız qol
“Qarabağ”dan iki cavabsız qol
“Qarabağ” – “Karvan-Yevlax” – 2:0
Emanuel Addai, 79, Nəriman Axundzadə, 89
Komandamız növbəti oyununu keçirib. Misli Premyer Liqasının XIII turunda rəqibimiz “Karvan-Yevlax” olub.
Görüş “Azersun Arena”da baş tutub. Komandamız matça aşağıdakı start heyəti ilə çıxıb: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 9. Joni Montiel, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk.
Qarşılaşma “Qarabağ”ın üstünlüyü ilə keçib. Komandamız ilk yarıda hücumlar qursa da, rəqibin müqavimətini qıra bilməyib.
İkinci hissə də eyni ssenari ilə davam edib. Komandamız yalnız görüşün sonlarında rəqib qapısına yol tapıb.
Öncə Emanuel Addai Pedro Bikalyonun ötürməsindən sonra iti bucaq altından dəqiq zərbə endirib. Son dəqiqələrdə isə Nəriman Axundzadə də qol sevinci yaşayıb.
Beləliklə, 2:0 hesablı qələbə qazanan komandamız xallarının sayını 29-a çatdırıb. “Qarabağ” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, komandamız növbəti oyununu da “Karvan-Yevlax”a qarşı keçirəcək. Bizon Azərbaycan kubokunun 1/8 final matçının dekabrın 3-də “Azersun Arena”da baş tutacaq görüşü saat 19:00-da başlayacaq.
