“Qarabağ”dan ilk transfer

single-news
18 May 2026

“Qarabağ”dan ilk transfer



2026/27 mövsümünün transfer çalışmalarına start verən klubumuz ilk futbolçu keçidini gerçəkləşdirib. Fransalı vinger Jali Muaddiblə 3 illik müqavilə imzalanıb. 

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandamızda 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

 

 

Paylaş

// pop up