“Qarabağ”dan məhsuldar heç-heçə

single-news
20 Okt 2023

“Qarabağ”dan məhsuldar heç-heçə



“Turan Tovuz” – “Qarabağ” – 2:2

20 oktyabr 2023. Saat 18:30. Tovuz şəhər stadionu, 6000 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Asiman Əzizli

Dördüncü hakim: Emin Əliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Cavid Cəlilov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Sarı vərəqələr: Faiq Hacıyev, 14 (qeyri-idman hərəkəti); Roderik Miller, 30 (qeyri-idman hərəkəti); Luis Paçu, 56 (qeyri-idman hərəkəti); Denis Marandiçi, 61 (qeyri-idman hərəkəti); Xəyal Nəcəfov, 90+5 (qeyri-idman hərəkəti) // Julio Romao, 44 (qeyri-idman hərəkəti); Nəriman Axundzadə, 90 (qeyri-idman hərəkəti)

Qollar: Otto Con, 46; Ayxan Quseynov, 90+4 // Olavio Juninyo, 7; Leandro Andrade, 90

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

 

Bu gün Misli Premyer Liqasında II dövrəyə start verilib. X turun ilk oyununda “Qarabağ” “Turan Tovuz”un qonağı olub.

Ilk dəqiqələrdən üstünlüyü ələ alan komandamız erkən qol vurub. Olavio Juninyo 7-ci dəqiqədə hesabı açıb. O, mövsümdəki 7-ci qolu ilə bombardirlər siyahısında liderliyini möhkəmlədib. Buraxılan topdan sonra fəallaşan meydan sahibləri imkanlar qazansa da, Andrey Lunyov fasiləyədək qapısını toxunulmaz saxlayıb.

İkinci hissə də qolla başlayıb. Tovuzlular 46-cı dəqiqədə hesaba tarazlıq gətiriblər – 1:1. Səfərdə xal itirmək istəməyən komandamız üstünlüyü ələ alaraq ardıcıl hücumlar təşkil edib. Çoxsaylı qol imkanlarını qaçıran “Qarabağ” son dəqiqələrdə rəqib qapısına yol tapıb. Leandro Andrade komandamızı hesabda önə çıxarıb. Lakin meydan sahibləri uzatma dəqiqələrində hesaba tarazlıq gətirə bilib. Beləliklə, Tovuzda məhsuldar heç-heçə qeydə alınıb.

 

 “Turan Tovuz”

1. Tərlan Əhmədli (k)

2. Sertan Taşkın

(79. Martin Petkov, 80)

10. Xəyal Nəcəfov

(39. Sadiq Quliyev, 89)

88. Faiq Hacıyev

77. Fərid Nəbiyev

(99. Veysəl Rzayev, 80)

5. Roderik Miller

23. Alexandro Serrano

7. Luis Paçu

(11. Ayxan Quseynov, 89)

25. Denis Marandiçi

6. Bruno Qonçalves

80. Otto Con

(9. Belajdi Pusi, 66)

 

Ehtiyat oyunçular:

 

13. Aydın Bayramov

85. Kamal Bayramov

3. Tərlan Quliyev

14. Slavik Alxasov

18. Budaq Nəsirov

60. Səbayıl Bağırov

 

Baş məşqçi: Ayxan Abbasov

 

“Qarabağ”

99. Andrey Lunyov

20. Riçard Almeyda

5. Maksim Medvedev (k)

27. Toral Bayramov

90. Nəriman Axundzadə

(17. Hamidu Keyta, 74)

10. Abdullah Zubir

81. Kevin Medina

7. Yassin Benzia

(15. Leandro Andrade, 71)

18. Olavio Juninyo

(19. Redon Cica, 82)

2. Mateus Silva

(44. Elvin Cəfərquliyev, 71)

6. Julio Romao

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

89. Amin Ramazanov

30. Abbas Hüseynov

4. Rahil Məmmədov

13. Bəhlul Mustafazadə

83. Nihad Quliyev

66. Patrik Andrade

 

Baş məşqçi: Qurban Qurbanov

Paylaş