“Qarabağ”dan məhsuldar heç-heçə
“Qarabağ”dan məhsuldar heç-heçə
“Qarabağ” – “Sabah” – 2:2
Kadi Borqes, 28, 60 // Umarali Raxmonaliyev, 23, 65 (p.)
Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk matçına çıxıb.
“Sabah”la görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Komandamız matça aşağıdakı “11-lik”lə başlayıb: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borqes, 2. Mateus Silva, 9. Joni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran,
Qarşılıqlı hücumlarla keçən ilk yarıda hesabı rəqib açıb. Buraxılan qoldan sonra rəqib qapısına təzyiq yaradan komandamız hesabı bərabərləşdirib. Kadi Borqes yaxın məsafədən rəqib qapısına yol tapıb – 1:1.
İkinci hissəyə də fəal başlayan komandamız hesabda önə keçib. Kadi dublunu rəsmiləşdirib – 2:1. Qonaq komanda bu qola penalti ilə cavab verib. Beləliklə, yarımfinalın ilk görüşündə məhsuldar heç-heçə qeydə alınıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 22-də “Bank Respublika Arena”da keçiriləcək.
