“Qarabağ”dan məhsuldar sülh

single-news
20 Apr 2024

“Qarabağ”dan məhsuldar sülh



“Qarabağ" – "Qəbələ" - 2:2
20 aprel 2024. Saat 16:30. Tofiq Bəhramov adına Respublika Stadionu, 700 tamaşaçı

Baş hakim: Fərid Hacıyev

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Rəhman İmami

Dördüncü hakim: Kamranbəy Rəhimov

VAR: Tural Qurbanov

AVAR: Rəvan Həmzəzadə

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Asif Əliyev

Sarı vərəqələr: Kevin Medina, 35 (qeyri-idman hərəkəti); Abbas Hüseynov, 88 (qeyri-idman hərəkəti) // Zurab Oçiqava, 61 (qeyri-idman hərəkəti)

Qollar: Yassin Benzia, 66; Abdullah Zubir, 71 // Bilel Auaşeriya, 19; Yaovi Akakpo, 84

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXXI turunda “Qəbələ”ni qonaq edib.

 

Tofiq Bəhramov adına Respublika stadionundakı matç Qurban Qurbanovun yetirmələrinin üstünlüyü ilə keçib. Lakin komandamız çoxsaylı qol imkanlarından yararlanmaqda çətinliklə üzləşib.

 

İlk yarının ortalarında qonaqlar hesabı açıblar. “Qarabağ” bərabərlik qolu vurmaq üçün ardıcıl hücumlar qurub.

 

Lakin futbolçularımız fasiləyədək istəyinə çatmayıb. İkinci yarının ortalarında Qurban Qurbanovun əvəzetmələri özünü göstərib. Meydana sonradan daxil olan Yassin Benzia və Abdullah Zubir hərəyə bir dəfə rəqib qapısına yol tapıblar – 2:1.

 

Bu toplardan sonra da üstünlüyü əldən verməyən “Qarabağ” təhlükəli hücumlar yaradıb. Görüşün sonları qarşılıqlı hücumlarla keçib. Rəqib bu imkanların birində hesabı bərabərləşdirib – 2:2. Beləliklə, Bakıda keçirilən görüş məhsuldar sülhlə yekunlaşıb.

 

Qeyd edək ki, “Qarabağ” növbəti görüşünü aprelin 24-də Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirəcək. Komandamız “Neftçi” ilə cavab matçına çıxacaq.

 

“Qarabağ”

23. Luka Quqeşaşvili

30. Abbas Hüseynov

24. Aleksey İsayev

27. Toral Bayramov

90. Nəriman Axundzadə

(18. Olavio Juninyo, 82)

81. Kevin Medina (k)

66. Patrik Andrade

17. Hamidu Keyta

(10. Abdullah Zubir, 65)

11. Adama Diakabi

(15. Leandro Andrade, 65)

2. Mateus Silva

(55. Bədavi Hüseynov, 82)

19. Redon Cica

(7. Yassin Benzia, 65)

 

Ehtiyat oyunçular:

 

99. Andrey Lunyov

20. Riçard Almeyda

5. Maksim Medvedev

44. Elvin Cəfərquliyev

29. Marko Veşoviç

8. Marko Yankoviç

6. Julio Romao

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”

1. Rəşad Əzizli

34. Urfan Abbasov (k)

28. Murad Musayev

5. Rauf Hüseynli

(12. Nicat Əliyev, 76)

7. Emil Səfərov

30. Şahin Şahniyarov

(11. Asif Məmmədov, 70)

20. Bilel Auaşeriya

(17. Yaovi Akakpo, 84)

4. Lukas Afriko

(2. İlkin Qırtımov, 46)

3. Zurab Oçiqava

19. Samuel Tetteh

(72. Osama Xalayla, 46)

9. Əyyub Allaş

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

71. Sənan Ağalarov

25. İbrahim Ramazanov

77. Okan Təhməzli

27. Eşqin Əhmədov

99. Ahmed Ayzaya

 

Baş məşqçi: Kaxaber Tsxadadze

 

Paylaş