“Qarabağ”dan mövsümün ən böyükhesablı qələbəsi
“Qarabağ”dan mövsümün ən böyükhesablı qələbəsi
“Qarabağ” – “Karvan-Yevlax” – 7:0
Leandro Andrade, 23, 63, Kamilo Duran, 31, 45, 48, Dani Bolt, 40, Abdullah Zubir, 43
Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasında 26-cı tur matçına çıxıb.
“Karvan-Yevlax”la görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Komandamız matça aşağıdakı “11-lik”lə başlayıb: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borqes, 2. Mateus Silva, 9. Joni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Qarşılaşma komandamızın üstünlüyü ilə keçib. Birinci hissənin ilk yarısında rəqibin müqavimətini qıra bilməyən “Qarabağ”ın təzyiqin nəticəsi özünü gözlətməyib. Komandamız fasiləyədək 5 cavabsız qol vurub.
Öncə Leandro Andrade hesabı açıb. Ardınca Kamilo Duran iki, Dani Bolt və Abdullah Zubir hərəyə bir dəfə fərqlənib.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Ardıcıl hücumlar edən komandamız fasilədən az sonra 6-cı qolu vurub. Kamilo Duran het-trikini rəsmiləşdirib. Leandro Andradenin dublu ilə komandamız fərqi 7 topa çatdırıb – 7:0. Beləliklə, “Qarabağ” Premyer Liqada mövsümün ən böyükhesablı qələbəsini qazanıb.
Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti oyununu aprelin 11-də səfərdə “Şamaxı”ya qarşı keçirəcək.
