“Qarabağ”dan səfər qələbəsi

single-news
24 Noy 2023

“Qarabağ”dan səfər qələbəsi



“Sabah” – “Qarabağ” – 1:2

24 noyabr 2023. Saat 20:00. “Bank Respublika Arena”, 3204 tamaşaçı

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Kamran Bayramov, Rəhman İmami

Dördüncü hakim: Rauf Allahverdiyev

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Elçin Mehtiyev

Sarı vərəqələr: Boyan Letiç, 55 (hakimin qərarına etiraz); Ayaz Quliyev, 82 (hakimin qərarına etiraz); Amin Seydiyev, 85 (qeyri-idman hərəkəti) // Julio Romao, 13 (qeyri-idman hərəkəti); Marko Yankoviç, 48 (qeyri-idman hərəkəti)

Qollar: Cesse Sekidika, 64 // Toral Bayramov, 58 (p.); Nəriman Axundzadə, 61

Qolla nəticələnməyən penalti: Emmanuel Apeh, 32

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 8 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının XIV turunda “Sabah”ın qonağı olub. Milli komandaların oyunları ilə əlaqədar fasilədən sonrakı matç “Bank Respublika Arena”da baş tutub. Ötən turla müqayisədə “Qarabağ”ın start heyətində üç dəyişiklik olub. Andrey Lunyov, Nəriman Axundzadə və Marko Yankoviç ilk dəqiqələrdən meydana çıxıblar. Onlar “11-lik”də Amin Ramazanov, Patrik Andrade və Leandro Andradeni əvəzləyiblər.

 

Hissənin ilk dəqiqələri qarşılıqlı hücumlarla başlasa da, komandamızın həmlələri daha yaddaqalan olub. Hissənin ortalarında “Qarabağ”ın üstünlüyü daha aydın müşahidə edilib. Qurbanovun yetirmələri bir neçə dəfə hesabı açmağa yaxın olublar. Yassin Benzianın zərbələri daha diqqətçəkən alınıb. Lakin futbolçumuz qol sevinci yaşamayıb. Rəqib komanda əks-hücumlardan yararlanmağa çalışsa da, müdafiə xəttimizin inamlı oyunu buna imkan verməyib. Bu cəhdlərdən birində penalti qazanan rəqib 11 metrlik cərimə zərbəsindən sonra dirəyi nişan alıb. Hər iki komanda hücumlar qursa da, qonaqlar daha fəal olublar. Hissənin sonlarında Nəriman Axundzadənin əlverişli mövqedən zərbəsi yaddaqalan alınıb.

 

İkinci hissə daha məhsuldar keçib. Fasilədən sonra hər iki komanda qarşılıqlı hücumlar qurub. 58-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltidən Toral Bayramov dəqiq yararlanıb. Bu qoldan iki dəqiqə sonra Nəriman Axundzadə fərqi artırıb – 2:0.

 

Buraxılan toplardan sonra meydan sahibləri fəallığı artırıb. Bakılılar qollardan birinin əvəzini çıxa bilsələr də, “Qarabağ” qələbə hesabını sonadək qoruya bilib. Komandamız matçın sonlarında təşəbbüsü ələ alaraq daha çox hücum etsə də, fərqi artırmaq cəhdləri alınmayıb. Beləliklə, 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ” turnir cədvəlində 1-ci pilləyə yüksəlib.

 

“Sabah”

55. Nicat Mehbalıyev

77. Namik Ələskərov

(9. Anatoli Nuriyev, 71)

10. Aleksey İsayev (k)

(12. Vinsent Til, 89)

2. Amin Seydiyev

15. Kristian da Silva

(8. Ayaz Quliyev, 71)

24. Maruan Hadudi

7. Boyan Letiç

44. Sofian Çakla

18. Davit Volkov

(28. Kahim Parris, 46)

70. Cesse Sekidika

19. Emmanuel Apeh

(14. İshak Belfodil, 77)

 

Ehtiyat oyunçular:

 

16. Rustam Samigullin

75. Emil Həbibov

4. Elvin Camalov

17. Tellur Mütəllimov

5. Rəhman Daşdəmirov

33. Camal Cəfərov

22. Seymur Məmmədov

 

Baş məşqçi: Murad Musayev

 

 

 

 

“Qarabağ”

99. Andrey Lunyov

13. Bəhlul Mustafazadə

44. Elvin Cəfərquliyev

27. Toral Bayramov

(29. Marko Veşoviç, 73)

90. Nəriman Axundzadə

10. Abdullah Zubir (k)

81. Kevin Medina

7. Yassin Benzia

(15. Leandro Andrade, 76)

8. Marko Yankoviç

(20. Riçard Almeyda, 73)

18. Olavio Juninyo

(17. Hamidu Keyta, 89)

6. Julio Romao

(66. Patrik Andrade, 73)

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

5. Maksim Medvedev

55. Bədavi Hüseynov

30. Abbas Hüseynov

4. Rahil Məmmədov

11. Adama Diakabi

19. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

Paylaş