“Qarabağ”dan səfər qələbəsi

single-news
21 Noy 2025

“Qarabağ”dan səfər qələbəsi



“Sumqayıt” – “Qarabağ” – 2:4

Höccət Haqverdi, 30, Nsana Simon, 83 // Leandro Andrade, 6, Toral Bayramov, 42, Abdullah Zubir, 62, Aleksey Kaşuk, 90+3

 

Komandamız növbəti oyununu keçirib. Milli komandaların matçları ilə əlaqədar fasilədən sonra “Qarabağ” “Sumqayıt”la qarşılaşıb.

 

Misli Premyer Liqasının XII turunun görüşü Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutub. Komandamız oyuna aşağıdakı “11-lik”lə başlayıb: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.

 

Matça fəal başlayan komandamız üstünlüyü ələ alıb. Bu, erkən qolun vurulması ilə nəticələnib. Leandro Andrade meydan sahiblərinin qapısına yol tapıb – 1:0.

 

İlk yarının ortalarında rəqib hesaba tarazlıq gətirsə də, “Qarabağ” fasiləyə üstün yollana bilib. Toral Bayramov qol sevinci yaşayıb – 2:1.

 

İkinci hissədə də təhlükəli hücumlar quran komandamız fərqi artırmağa nail olub. Abdullah Zubir fərqlənməyi bacarıb. Meydan sahibləri bu fərqi minimuma endirsə də, “Qarabağ” daha bir dəfə fərqlənib. Uzatma dəqiqələrində Aleksey Kaşuk rəqib qapısına yol tapıb. Beləliklə, komandamız səfərdən 4:2 hesablı qələbə ilə ayrılıb.

 

Bu qələbədən sonra komandamız xallarının sayını 26-ya çatdırıb. 11 matç keçirən “Qarabağ” turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 25-də “Napoli”yə qarşı keçirəcək. Çempionlar Liqasının Liqa mərhələsinin V turunun görüşü İtaliyada baş tutacaq.

Paylaş

// pop up