“Qarabağ”dan səfər qələbəsi
“Qarabağ”dan səfər qələbəsi
“İmişli” – “Qarabağ” – 0:1
Musa Qurbanlı, 79
Komandamız növbəti oyununu keçirib. Misli Premyer Liqasının XX turundakı rəqib “İmişli” olub.
Turun ilk matçı Quba Olimpiya İdman Kompleksində baş tutub. Komandamız görüşə aşağıdakı start “11-liy”i ilə başlayıb: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 9. Joni Montiel, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Görüş “Qarabağ”ın üstünlüyü ilə keçib. Daha çox hücum quran komandamız rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkib.
Görüşün taleyi ikinci 45 dəqiqədə həll olunub. Komandamız azlıqda qaldıqdan sonra da hücumlarına ara verməyib. Bu həmlələrin birində Musa Qurbanlı cinahdan ötürməni başla qapıya göndərib – 1:0.
Bu qol komandamıza minimalhesablı qələbə qazandırıb. Bununla da komandamızın xallarının sayı 45-ə çatıb.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu fevralın 18-də keçirəcək. UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la ilk matçı Bakıda baş tutacaq.
