“Qarabağ”dan səfər qələbəsi

single-news
14 Mar 2026

“Qarabağ”dan səfər qələbəsi



“Zirə” – “Qarabağ” – 1:3

Ceyhun Nuriyev, 70 // Joni Montiel, 22, Kamilo Duran, 55, Kadi Borqes, 72

 

Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasının XXIV turunda “Zirə”nin qonağı olub.

 

Matç Zirə İdman Kompleksinin stadionunda baş tutub. Komandamız meydana aşağıdakı start heyəti ilə çıxıb: 99. Mateus Koxalski, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 20. Kadi Borqes, 2. Mateus Silva, 9. Joni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.

 

Görüş komandamızın üstünlüyü ilə keçib. Rəqib qapısına hücumlar quran “Qarabağ” ilk yarının ortalarında hesabı açıb. Joni Montiel meydan sahiblərinin qapısına yol tapıb.

 

Komandamız fasilədən sonra da hücumlarını davam etdirib. İkinci hissənin əvvəllərində Kamilo Duran fərqi iki topa çatdırıb.

 

Daha məhsuldar alınan ikinci yarının ortalarında rəqib fərqi minimuma endirib. Buraxılan qoldan iki dəqiqə sonra Kadi Borqes komandamızın 3-cü qolunu vurub – 3:1.

 

 

Qeyd edək ki, komandamız növbəti oyununu martın 20-də keçirəcək. Misli Premyer Liqasının XXV turundakı rəqib “Kəpəz” olacaq. Yevlax şəhər stadionunda keçiriləcək səfər qarşılaşması saat 15:00-da başlayacaq.

Paylaş

// pop up