“Qarabağ”ın 7 futbolçusu Azərbaycan millisində

single-news
9 Noy 2025

“Qarabağ”ın 7 futbolçusu Azərbaycan millisində



“Qarabağ”ın 7 futbolçusu Azərbaycan millisinə çağırılıb. Şahrudin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov və Nəriman Axundzadə noyabrda DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyətdə yer alıblar.

 

Komanda noyabrın 10-da təlim-məşq toplanışına start verəcək. Millimiz noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, üç gün sonra isə Tofiq Bəhramov adına Respublika stadionunda Fransa ilə qarşılaşacaq.

Paylaş

// pop up