"QARABAĞ"IN 7 TƏMSİLÇİSİ MILLIDƏ YERİNİ QORUYUB SAXLAYA BİLDİ.(ÜÇ NÖQTƏ, 14 yanvar)

single-news
14 Yan 2005

"QARABAĞ"IN 7 TƏMSİLÇİSİ MILLIDƏ YERİNİ QORUYUB SAXLAYA BİLDİ.(ÜÇ NÖQTƏ, 14 yanvar)



Növbəti beynəlxalq yoldaşlıq görüşünə hazırlaşan futbol üzrə yığma komandamız heyətini dəqiqləşdir. Xəbər verdiyimiz kimi, əvvəlcədən hazırlanan 26 nəfərlik siyahıda sonradan müəyyən dəyişikliklər olundu. Dünən millinin rəhbərliyi meydançaya çıxacaq komandanın üzvlərini elan edib. Budəfəki heyətdə 18 nəfər yer alıb. Maraqlıdır ki, Ağdamın "Qarabağ" klubunun 7 təmsilçisi heyətdə yerini qoruyub saxlaya biliblər. Tovuzun "Turan" klubu isə millimizə 3 oyunçu verəcək. Sonuncu heyətdə qərar tutan futbolçularımızla tanış olun. Qapıçılar: Rauf Mehdiyev ("Qarabağ"), Mikayıl Yusifov (MOİK). Müdafiəçilər: Samir Abbasov, Aslan Kərimov (hər ikisi "Qarabağ"), Aftandil Hacıyev ("Turan"), Rail Məlikov, Rəfael Əmirbəyov (hər ikisi "Bakı"), Vüqar Quliyev ("MKT-Araz"). Yarımmüdafiəçilər: Mahir Şükürov ("Karvan"), İlqar Əbdülrəhmanov, Rəşad Abdullayev (hər ikisi "Xəzər-Lənkəran"), İsmayıl Məmmədov, Aqil Məmmədov, Anatoli Ponomaryov ("Qarabağ"), Kənan Kərimov ("Turan"). Hücumçular: Vüqar Nadirov ("Qarabağ"), Nadir Nəbiyev ("Turan"), Daniel Axtyamov ("İnter"). Xatırladaq ki, milli komandamız yanvarın 18-də Karib hövzəsinə yola düşəcək. Məşqlərini orada davam etdirən futbolçular ayın 21-i və 23-də Trinidad və Tobaqo yığmaları ilə beynəlxalq yol daşlıq görüşü keçirəcəklər. Hazırda öz ölkəsində olan baş məşqçi Karlos Alberto Torres komandaya həmin ölkədə qoşulacaq.

Paylaş

// pop up