“Qarabağ”ın 8-ci bombardiri

single-news
10 Mar 2026

“Qarabağ”ın 8-ci bombardiri



 

Misli Premyer Liqasının XXIII turunun “Araz-Naxçıvan”la oyunu (6:0) komandamızın futbolçusu Leandro Andradenin çempionatdakı 40-cı qolu ilə əlamətdar olub. Portuqaliyalı yarımmüdafiəçi dubla imza atmaqla “Qarabağ” forması ilə Premyer Liqadakı qol sayını 41-ə çatdırıb.

 

Andrade klub tarixində Premyer Liqada 40 və daha çox qol vuran 8-ci futbolçudur. O, “Araz-Naxçıvan”la matçda fərqlənən digər oyunçumuz Musa Qurbanlı ilə eyni sayda qola malikdir.

 

Qeyd edək ki, komandamızın ən yaxşı bombardiri Müşfiq Hüseynov ölkə çempionatının yüksək dəstəsində 109 dəfə qol sevinci yaşayıb.

 

1. Müşfiq Hüseynov - 109

2. Mahir Emreli - 59

3. Abdullah Zubir - 53

4. Riçard Almeyda - 51

5-6. Reynaldo Silva - 44

Samir Musayev - 44

7-8. Leandro Andrade - 41

Musa Qurbanlı - 41

 

 

Paylaş

// pop up