“Qarabağ”ın 8 futbolçusu U-17-də

single-news
20 Apr 2026

“Qarabağ”ın 8 futbolçusu U-17-də



17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Yığmamız bu gündən aprelin 23-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

 

“Qarabağ”ın 8 futbolçusu U-17-yə dəvət alıb. Oqtay Mehrəliyev, Vaqif Nəbiyev, Roman Fərzəli, Arda Əzizli, Tunar Bayramov, Əhəd Hacızadə, Yusif Orucəliyev və Tunar Əsgərzadənin çağırıldığı U-17 aprelin 24-dən mayın 1-dək Qazaxıstanın Çimkənd şəhərində UEFA İnkişaf Turnirində iştirak edəcək.

 

Millimiz turnir çərçivəsində Rusiya, Qazaxıstan və Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Komandanın 20 futbolçudan ibarət yekun heyət Qazaxıstan səfəri öncəsi müəyyənləşəcək.

Paylaş

// pop up