`Qarabağ`ın ailəsini yeni üzvləri: Cavad xan və `General`
1 İyl 2012
`Qarabağ`ın ailəsini yeni üzvləri: Cavad xan və `General`
Hazırlıqlarını Türkiyədə davam etdirən komandamız bugünlərdə xoş xəbər alıb. Belə ki, `Qarabağ`ımızdan İlqar Qurbanov və Vüqar Nadirov həyatlarında ilk dəfə atalıq sevincini yaşayıblar. Hər 2 futbolçumuzun oğlu dünyaya gəlib. `Qarabağ` ailəsinin yeni üzvlərinin adları da artıq məlumdur. Vüqar oğluna atasının, Azərbaycanın milli qəhrəmanı, `general ləqəbli Ərşadın adını verib. İlqarın körpəsi isə igidliyi ilə ad çıxarmış Gəncə xanı Cavad xanın adını daşıyacaq.
Hər iki övladımıza ailələrinə, xalqına, vətəninə xeyirli övlad olmağı diləyirik.
Hər iki övladımıza ailələrinə, xalqına, vətəninə xeyirli övlad olmağı diləyirik.
