“Qarabağ”ın “Araz-Naxçıvan”la 6-cı dueli

single-news
28 Okt 2023

“Qarabağ”ın “Araz-Naxçıvan”la 6-cı dueli



“Qarabağ” Misli Premyer Liqasında növbəti oyununu keçirəcək. Komandamız XI turda “Araz-Naxçıvan”la qarşılaşacaq.

Matç turun son gününə təsadüf edəcək. Qurban Qurbanovun yetirmələri Tofiq Bəhramov adına Respublika stadionuna qonaq qismində çıxacaq.

Bu, iki komanda arasında Premyer Liqadakı 6-cı görüş olacaq. Rəqiblər ilk dəfə 2000-ci ildə üz-üzə gəliblər.

Əvvəlki qarşılaşmalarda üstünlük “Qarabağ”ın tərəfindədir. 3 qələbəsi olan komandamız iki dəfə meydanı xalsız tərk edib. 

Top fərqində də öndə olan “Qaraabğ” 9 qol vurub, 6-nı buraxıb. Komandamız indiyədək keçirilən görüşlərin hamısında qol sevinci yaşayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Qarabağ” oyunu oktyabrın 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq.

05.08.2000 . Qarabağ - Araz - 1:0
10.05.2001 . Araz - Qarabağ - 2:1
14.10.2001 . Araz - Qarabağ-Azərsun - 3:2
23.12.2001 . Qarabağ-Azərsun - Araz - 3:0
20.08.2023 . Qarabağ – Araz-Naxçıvan - 2:1

Paylaş