"Qarabağ"ın baş məşqçisi türk olacaq (ÜÇ NÖQTƏ, 29.06.2005)

single-news
29 İyn 2005

"Qarabağ"ın baş məşqçisi türk olacaq (ÜÇ NÖQTƏ, 29.06.2005)



Ölkə çempionatını 6-cı pillədə başa vuran Ağdamın "Qarabağ" komandasının yeni baş məşqçisinin adı yaxın günlərdə açıqlanacaq. Bu barədə "Üç nöqtə"yə klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərov məlumat verib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə son danışıqlar aparılır və yaxın vaxtlarda ictimaiyyətə açıqlama veriləcək. A.Əsgərov yeni baş məşqçinin türkiyəli mütəxəssis olacağını da qeyd etdi. Əlavə edək ki, bəzi mətbuat orqanlarında "Azərsun Holdinq" Şirkətlər Qrupunun "Qarabağ"ın sponsorluğundan imtina etməsi barədə xəbərlər yayılıb. A.Əsgərov bizimlə söhbətində bu cür məlumatların həqiqəti əks etdirmədiyini söylədi. O, sögzügedən şirkətin gələn mövsümdə "Qarabağ"ın uğurları üçün daha geniş proqramlar hazırladığını da qeyd etdi. Klub təmsilçiləri növbəti mövsümdə çempionatın 1-ci dəstəsində də komandalarının olacağını vurğuladı.

Paylaş