“Qarabağ”ın dörd futbolçusu oynadı, Azərbaycan millisindən heç-heçə

single-news
25 Mar 2024

“Qarabağ”ın dörd futbolçusu oynadı, Azərbaycan millisindən heç-heçə



Azərbaycan millisi növbəti oyununu keçirib. “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Bolqarıstanla qarşılaşan yığmamız 1:1 hesablı heç-heçə edib.

 

“Qarabağ”ın dörd futbolçusu bu matçda iştirak edib. Komandamızın oyunçuları Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev və Toral Bayramov start heyətində meydana çıxıb. Onlar qarşılaşmanı əvəzolunmadan keçiriblər.

 

Qeyd edək ki, Bədavi 69, Bəhlul 29, Toral 21, Elvin 19-cu dəfə milli forma geyinib. Onların hərəsinin hesabında bir qol var.

Paylaş