“Qarabağ”ın ev oyununda son 10 mövsümün rekordu
20 Apr 2026
“Qarabağ”ın ev oyununda son 10 mövsümün rekordu
Misli Premyer Liqasında son 10 mövsümün tamaşaçı rekordu qeydə alınıb. Bu, komandamızın XXVIII turda “Sabah”la keçirdiyi ev matçına (0:1) təsadüf edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı 17 min 338 seyrçi izləyib. Bunadək mövsümün əvvəlki rekordu da “Qarabağ”la “Sabah”ın eyni arenadakı görüşündə olub. XXII turun 3:3 hesabı ilə bitən qarşılaşmasını 10 min 361 tamaşaçı seyr edib.
XXVIII turun oyunundakı nəticə son 10 mövsüm üçün ən yüksək göstəricidir. Daha çox tamaşaçının izlədiyi sonuncu görüş 2015/16 mövsümündə baş tutub. 2016-cı il fevralın 14-də Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Qarabağ” oyununa 20 min 400 nəfər tamaşa edib.
