“Qarabağ”ın futbolçusu U-21-də
30 Avq 2025
“Qarabağ”ın futbolçusu U-21-də
“Qarabağ”ın oyunçusu Hikmət Cəbrayılzadə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə çağırılıb. O, sentyabrda Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya və Bolqarıstana qarşı keçiriləcək oyunlar üçün heyətdə yer alıb.
Komanda sentyabrın 1-də təlim-məşq toplanışına start verəcək. U-21 millimiz sentyabrın 5-də Barseluş şəhər stadionunda Portuqaliya, dörd gün sonra isə “Liv Bona Dea Arena”da Bolqarıstanla qarşılaşacaq.
