“Qarabağ”ın mümkün rəqibləri bəlli oldu
21 İyl 2025
“Qarabağ”ın mümkün rəqibləri bəlli oldu
Komandamızın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib. Bu, raundun bu gün İsveçrədə keçirilən püşkatmasında dəqiqləşib.
II təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə görüşəcək komandamız turu adlasa, “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan və İrlandiya çempionlarının duelində qalib gələn komanda III təsnifat mərhələsinin ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, II təsnifat mərhələsi iyulun 22-23-də və 29-30-da, III təsnifat mərhələsi isə avqustun 5-6-da və 12-də baş tutacaq.
