“Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi

single-news
20 İyl 2026

“Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi



UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. II təsnifat mərhələsinin “Qarabağ” - ÇSKA (Sofiya, Bolqarıstan) cütünün qalibinin rəqibi müəyyənləşib.

 

Bu cütün qalibi növbəti mərhələdə “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq. III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri 13-də keçiriləcək. “Qarabağ” – ÇSKA cütünün qalibi ilk görüşə səfərdə çıxacaq.

 

Qeyd edək ki, komandamız ÇSKA ilə ilk oyunu iyulun 23-də evdə, cavab qarşılaşmasını 30-da səfərdə keçirəcək.

Paylaş

// pop up