“Qarabağ”ın “Nyukasl”la oyunlarının vaxtı dəqiqləşdi

single-news
30 Yan 2026

“Qarabağ”ın “Nyukasl”la oyunlarının vaxtı dəqiqləşdi



Komandamızın UEFA Çempionlar Liqasının pley-offunda keçirəcəyi oyunların vaxtı dəqiqləşib. “Nyukasl”la Bakıda keçiriləcək ilk matç fevralın 18-də baş tutacaq.

 

Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 21:45-də start götürəcək.

 

Cavab görüşü fevralın 24-də keçiriləcək. Nyukasldakı “Sent Ceyms Park” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Paylaş

// pop up