“Qarabağ”ın pley-offdakı mümkün rəqibləri müəyyənləşdi

single-news
3 Avq 2026

“Qarabağ”ın pley-offdakı mümkün rəqibləri müəyyənləşdi



UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb. Komandamızın mümkün rəqibi müəyyənləşib.

 

“Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” cütünün qalibi növbəti mərhələdə “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Komandamız pley-offa yüksəlsə, ilk oyunu  səfərdə keçirəcək.

 

Qeyd edək ki, “Qarabağ” “Dinamo” ilə ilk oyunu avqustun 6-da səfərdə, cavab matçını ayın 13-də evdə keçirəcək. Pley-off mərhələsinin görüşləri avqustun 20-də və 27-də baş tutacaq.

Paylaş

// pop up