“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

single-news
20 İyl 2026

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi



Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatması keçiriləcək. II təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq komandamızın potensial rəqibləri bəlli olacaq.

 

Püşkdən əvvəl iştirakçılar qruplara bölünüb. “Qarabağ” – ÇSKA cütü əsas yolda 2-ci qrupda yer alıb.

 

Səpələnmişlər sırasında olan bu cütün qalibini püşkdə üç mümkün variant gözləyir. Potensial rəqiblər arasında "Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi, həmçinin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) və “Fənərbaxça” (Türkiyə) – “Qurnik” (Polşa) cütlərinin məğlubları yer alıb.

 

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Paylaş

// pop up