“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
20 İyl 2026
“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. II təsnifat mərhələsinin “Qarabağ” - ÇSKA (Sofiya, Bolqarıstan) cütündə məğlub olacaq komandanın da rəqibi müəyyənləşib.
Bu cütün uğursuzu növbəti mərhələdə “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün məğlubu ilə qarşılaşacaq. III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab görüşləri 13-də keçiriləcək. “Qarabağ” – ÇSKA cütündə uduzan komanda ilk görüşə səfərdə çıxacaq.
Qeyd edək ki, komandamız ÇSKA ilə ilk oyunu iyulun 23-də evdə, cavab qarşılaşmasını 30-da səfərdə keçirəcək.
